Azərbaycanın torpaqlarına hər hansısa bir hücum olarsa, Türkiyə qeyd-şərtsiz aktiv rol alacaq.
"İran İkinci Qarabağ müharibəsi dönəmində və ondan sonra da Ermənistana dəstək vermiş və onu strateji tərəfdaş kimi qəbul etmişdir. Həmçinin, sözügedən ölkə SEPAH vasitəsilə Azərbaycanı təhdid etməyə davam edir. İndiki hazırlıqlara baxdıqda Ermənistanın müdafiədən çox hücuma hazırlaşdığını görürük. Yəni onlar yeni təxribatlar törədərək müəyyən əraziləri ələ keçirmək niyyətindədir. Ancaq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü zəmanət altına alınıb. Bu, NATO-nun 5-ci maddəsi ilə oxşarlıq təşkil edir. Azərbaycanın torpaqlarına hər hansısa bir hücum olarsa, Türkiyə qeyd-şərtsiz aktiv rol alacaq. Heç kim Türkiyədə seçkiləri və zəlzələni özlərinə fürsət bilməsin. Çünki nə olur olsun Türkiyə güclü bir dövlətdir. Azərbaycanın ərazi bütövlüyünə hücum etmək niyyətində olan dövlətlərin sonu heç də yaxşı olmayacaq", - ehtiyatda olan türk