Park Bulvar AVM mərkəzində, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-i, 50 -dən çox fiziki məhdudiyyətli uşaqlara və qazi şəhid övladlarına, Novruz Bayramı münasibəti ilə Novruz şənliyi təşkil etmişdir.



Park Bulvar AVM mərkəzində, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-i,  50 -dən çox fiziki məhdudiyyətli  uşaqlara və qazi şəhid övladlarına, Novruz Bayramı münasibəti ilə Novruz şənliyi təşkil etmişdir. Artıq 2017-ci ildən Parkbulvar mərkəzində, ƏOUGİİ. İctimai Birliyi  dəfələrlə uşaqlara, parkbulvar rəhbərliyi tərəfindən, təmənası bayram təbirləri təşkil edir.  17 mart  uşaqlara təşkil olunan, Novruz şənliyimiz saat 11:00-15:00-a qədər davam edildi. İlk öncə üşaqlar Happyland əyləncə mərkəzinin rəhbərliyi tərəfindən təmənasız təşkil olunan, atraksion və oyunlar oynadıqdan sonra,  KFC- i tərəfindən təşkil edilən 50 uşağa, nahar yeməyi verildi. Uşaqların dostu və sevimlisi, təşkilatımıza hər zaman maddi və mənəvi dəstək olan daha bir qonağımız, fəxrimiz Eduard Məmmədov da uşaqlarlın sevinməsində, hər zaman dəstək olur.
Parkbulvarda tədbir üçün qurulan səhnədə, hər zaman tədbirlərimizi öz gözəl ifaları ilə rəng qatan, əməkdar artist Səlim Abbasov və Çoşğun Viləş  gözəl novruz abu havasında olan, musiqiləri ilə uşaqlarımızın oynayıb, sevinmələrinə vəsilə oldular. Sonra isə kosa və keçəl gəlib uşaqlarlı əyləndirib, sonda novruz xurcunları ilə sevindirdilər. 
Bu tədbirin qısa bir zamanda, həyata keçməsinə, səbəb olan xeyirsevər insanlara, başda Parkbulvar rəhbərliyinə, Happyland əyləncə mərkəzinə, KFC-yə, Lor Hospital Refrans mərkəzinə,#Eduard Məmmədov bütün dəstəyi keçən hər bir kəsə öz adımdan, və valdeyinlər adından təşəkkür edirik.

Aynur Məmmədova Ağayeva.

Oxunub: 116
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az