Rusiya çarı I Nikolayın 21 mart 1828-ci il tarixli, 1855-25 saylı xüsusi sərəncamı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında qondarma «Erməni vilayəti» yaradıldı.




Rusiya çarı I Nikolayın 21 mart 1828-ci il tarixli, 1855-25 saylı xüsusi sərəncamı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisi əsasında qondarma «Erməni vilayəti» yaradıldı. Bu qondarma qurumun əhatə etdiyi ərazilərdə 85 min Azərbaycan türkü (76,24%), 22 min köçmə erməni (23,45%) yaşasa da, yeni yaradılan inzibati ərazi bölgüsünə heç bir əsas olmadan «Erməni vilayəti» adı verildi. Təxminən 5 il sonra imperator bu sahədə yeni bir addım atdı və 27 fevral 1833-cü ildə erməni dövlətçiliyinin gerbini də təsdiq etdi.Ancaq bu inzibati bölgü özünü doğrultmadığından 10 aprel 1840-cı il qanunu ilə ləğv edilsə də, ermənilər keçən 12 il ərzində çar hökuməti tərəfindən onlara verilən böyük imtiyazlar (münbit torpaqlarda, hətta yay vaxtı yaylağa getmiş ailələrin boş qalmış evlərində yerləşdirilmələri, yerli əhali ilə müqayisədə güzəşt və üstünlüklərə malik olmaları, müəyyən müddətə vergi və mükəlləfiyyətlərdən azad olunmaları, güzəştli şərtlərlə kredit almaları, inzibati idarə aparatında müxtəlif vəzifələrdə təmsil olunmaları və s.) hesabına sakin olduqları yerlərdə möhkəmlənmiş, hətta rus hökuməti tərəfindən müdafiə olunduqları üçün yerli əhalini tədricən sıxışdırmağa, təzyiqlərə məruz qoymağa başlamışdılar.
Hökumət məmurlarına arxalanan ermənilər birlikdə yaşadıqları kəndlərdə və ya qonşuluqda yerləşən yaşayış məskənlərindəki Azərbaycan türklərini sıxışdırır, gəlmə olmalarına baxmayaraq, özlərini yerli sakin kimi apararaq etnik təmizləmə siyasəti yeridir və bu sahədə istədiklərinə nail olurdular. Təsadüfi deyildir ki, müharibədən sonrakı 1828-1874-cü illərdə tarixən Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda və Qarabağda köçmə səbəbindən 571 kənd azərbaycanlılarsız qaldı. Bu kəndlərdən 208-nə erməni köçkünləri sahib çıxdı, zəbt edilmiş torpaqlarda ermənilərə məxsus 148 təzə kənd yaradıldı.
Qondarma "Erməni vilayətinin" xəritəsi və gerbi.

Əli Sadiqov.

Oxunub: 317
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az