Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov tərəfindən vətəndaşların qəbulu davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov tərəfindən vətəndaşların qəbulu davam etdirilir. DSMF sədri bu dəfə Lerik və Astara rayonlarından olan vətəndaşları Lerik rayonunda qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerində həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Oxunub: 151