Oksford məzunu Əli Bayramov işsizlikdən şikayət edir. Yazır ki, sabahdan taksi sürücüsü kimi fəaliyyətə başlayacaq

 
Oksford məzunu Əli Bayramov işsizlikdən şikayət edir. Yazır ki, sabahdan taksi sürücüsü kimi fəaliyyətə başlayacaq
“Hörmətli vətəndaşlar, mən, Əli Bayramov 1982-ci ildə Göyçay şəhərində anadan olmuşam. Həmin şəhərin 6 saylı orta məktəbində təhsil almışam. O zaman əla qiymətlər alan şagird olduğum üçün dövlətdən bonus alan iki nəfərdən biri olmuşam. Orta təhsil aldığım müddətdə sinif nümayəndəsi kimi fərqlənmişəm və müxtəlif fənlər üzrə olimpiada çempionu olmuşam. 1998-ci ildə Oksforda yola salınmışam və ciddi nəticələr əldə etmişəm. İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsini bitirmişəm. 
Ölkə sığorta bazarında böyük təcrübəm var. Bir neçə böyük şirkətin rəhbər vəzifələrində təmsil olunmuşam. Sonuncu vəzifəm “Paşa Sığorta” ACS-nin İdarə Heyəti sədrinin 1-ci müavini olub. 2017-ci ilin iyul ayından etibarən işsizəm. Artıq 5-ci il tamam olmaqdadır. Avropada təhsil alıb, qayıdan zaman mənə dedilər ki, - “ay Əli, qayıtma geri”. Mən isə, - “mən qayıtmasam, o biri qayıtmasa, onda vətən nə olacaq? Vətənə bilik və mütəxəssis lazım olacaq”, - dedim. Qayıtdım. Şərəfli və uğurlu illər, iş fəaliyyəti həyatı keçirdim. 17 illik fəaliyyətimin nəticəsində sosial sığorta büdcəm artıq 282 min manatdır. 
Zamanla haqqım tapdanıldı ki, bu barədə də düşünürəm, geniş açıqlamalarım olacaq.
Dolana bilmirəm. Çıxış yolu kimi sabahdan taksi fəaliyyətinə başlayıram.
Əgər taksi lazım olsa, mənə müraciət edin (xarici müştərilər, ingilis və rus dillərində sərbəst danışıram).

Time TV.

Oxunub: 201
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az