Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər.
Deputat Fazil Mustafa gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərətslikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməldir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".Musavat.com
Oxunub: 316