29 dekabr 2022-ci il tarixində Şamaxı Olimpiya Mərkəzinin məşqçiləri və il ərzində yüksək nəticə göstərmiş bir neçə idmançısı ilə ilin yekunlarına həsr olunmuş görüş keçirildi. Görüşdə çıxış edən Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev idmançıları salamladı və bildirdi ki, Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Daha sonra Şamaxı Rayon Gənclər və İdman idarəsini rəisi Şahmar Hüseynov uğurlu nəticələr göstərmiş idmançıları təbrik etdi və rayonumuzda bədən tərbiyəsinin, idmanın inkişafına dair görülmüş işlər və əldə olunmuş nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Beynəlxalq səviyyəli yarışlarda, Respublika birinciliklərində ölkəmizi və rayonumuzu uğurla təmsil edən idmançıların hər zaman rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi.
Sonda keçirilən yarışlarda fərqlənən idmançılara Şamaxı Olimpiya Mərkəzi tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Oxunub: 162