Azərbaycan Respuyblikası Elm və Təhsil Naziri Əmrullayev Emin 1982-ci il 30 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir.
2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb.
2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2005–2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.
2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir.
2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.
2013-cü ildə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.
2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb.
2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edildi.
Abşeron-Xızı RTİ Xızı rayonu Yeni Yaşma kənd tam orta məktəbinin kollektivi adından cənab nazirimizi ad günu münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.
Oxunub: 143