
“Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqda özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar.
Qeyd edək ki, hekayələrin mövzusu İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli idi.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahid Seyidzadə və Azərbaycan Mətbuat Şurasının sədri, münsiflər heyətinin üzvü Rəşad Məcid çıxış ediblər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə öz çıxışında “6 Sözlük Əhvalat” müsabiqəsinin şərtlərində hekayələrin mövzusunun İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli olduğununun heç də təsadüfi olmadığını vurğulayıb.
Tədbirin sonunda qaliblərin hər biri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ədibin Evi” və Medianın İnkişafı Agentliyi tərəfindən təltif ediliblər.
Oxunub: 150
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az