Şamaxı Peşə Liseyi.
Peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılması məqsədi ilə 2020/2021-ci tədris ilində ixtisaslar üzrə ilk dəfə olaraq dərsliklərin çap edilməsinə start verilmiş və artıq dərsliklərin Peşə təhsili müəssisələrinə paylanması başlanmışdır. Belə ki, Şamaxı Peşə Liseyinə ümumtəhsil fənləri, ixtisas modulları üzrə, o cümlədən bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklər də gətirilmişdir. Liseyin kitabxanaçısı Əzizova Aygün dərsliklərin yerləşdirilməsi və tələbələrə təqdim edilməsi ilə məşğuldur.
Oxunub: 581