ÜDSY təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır.



Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov:
“Ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən ailə məfhumuna nikah prizmasından baxılmır. Yəni bir evdə neçə nəfər yaşayırsa, o da ailənin tərkib hissəsi sayılır. 
Bəzən ÜDSY üçün müraciət edilən zaman ailə tərkibi düzgün göstərilmir və bu da imtina hallarının 25-30%-ni təşkil edir: “Bundan başqa, misal olaraq, bir həyətdə bir neçə ev varsa və ÜDSY gəlir və xərc sistemi əsasında təyin edildiyindən bir həyətdə yaşayan ailələr eyni sayğaclardan istifadə edirsə xərclər bir götürülür. Yəni, bir həyətdə yaşayan bütün ailələr hamısı ÜDSY üçün dəyərləndirilir. Əgər fərdi şəkildə yardım almaq istəyirlərsə sayğaclar ayrılmalıdır”.

Oxunub: 316
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az