
Qeyrət rəmzi qadın !
Şəkildə gördüyünüz bu xanım Mehdiyeva Gülnaz Şakir qızıdır. Onun həyat yoldaşı Qarabağ müharibəsi zamanı şəhid olur. Tək-tənha övladları ilə birlikdə Zəngilan rayonunun Bəsit çayın sahilində yerləşən Rəzdərə (Rizədərə) kəndində öz evində qalmağa,öz yurdu uğrunda döyüşməyə davam edir. O son nəfəsinə qədər düşmənə təslim olmur,öz evini qorumaq üçün işğalçı ermənilərlə təkbaşına döyüşür və sonda qəhrəmancasına şəhid olur. Uşaqları ermənilər tərəfindən əsir götürülür.Gülnaz xanımın övladları yalnız 1995-ci ildə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlikdən azad edilir. Foto 1993-cü ilin oktyabr ayında mühasirədə olan Zəngilan rayonunun Rəzdərə kəndində bu qeyrətli xanımın evinin həyətində çəkilib.
Oxunub: 195
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az