Bu gün çox hörmətli Ziyəddin Əliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Quba rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 5-ci ildönümüdür. Bu münasibətilə Ziyəddin müəllimi öz adımızdan, rayon gəncləri və idmançıları adından təbrik edir, ona gələcək həyatında uğurlar arzu edirik. Rayonda gənclər və idman siyasətinin uğurla davam etdirilməsində Ziyəddin müəllimin böyük xidmətləri olmuşdur.
Cənab Ziyəddin Əliyev eyni zamanda Vətən müharibəsinin şəhid ailə üzvlərinə və qazilərinə diqqət göstərərək, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli istiqamətində qəti addımlar atır.
Bir daha Sizə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri layiqincə həyata keçirilməsi, Quba rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində görəcəyiniz bütün işlərdə daha böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq!
Oxunub: 170