"Erkən nikahlar və qohumlar arasında nikahın fəsadları" mövzusunda tədbir keçirilmişdir.






"Erkən nikahlar və qohumlar arasında nikahın fəsadları" mövzusunda  tədbir keçirilmişdir.
30 noyabr 2022-ci il tarixində Quba Dövlət Sosial-iqtisadi kollecində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Quba rayon Gənclər və İdman idarəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin və Quba Dövlət Sosial-iqtisadi kollecinin birgə təşkilatçılığı ilə "Erkən nikahlar və qohumlar arasında nikahın fəsadları" mövzusunda yeniyetmə və gənclər arasında maarifləndirici görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev mövzu ilə bağlı yeniyetmə və gənclərə məlumat verərək, erkən nikahların, eləcə də qohumlar arasında nikahın cəmiyyətə mənfi təsir göstərdiyini bildirmişdır. Daha sonra Quba rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Xəyal Hətəmov erkən nikahlar haqqında dünyada və eləcə də Azərbaycanda olan vəziyyət, onun yaratdığı problem və bu problemdən mübarizə üsulları ilə bağlı çıxış etmişdir.  Tədbirin proqramına uyğun olaraq, Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyayeva, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova çıxış edərək erkən nikahların və qohumlar arasında nikahın insan həyatına fiziki, psixoloji təsirləri, bu problemin hüquqi qiymətləndirilməsi haqqında məlumatları gənclərin diqqətinə çatdırmışdırlar. Tədbirin reqlamentinə uyğun olaraq, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur. Sonda mövzu ətrafından gənclərin fikirləri öyrənilmiş, sualları cavablandırılmışdır.

Oxunub: 157
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az