Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin əsas məqsədi uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir.
“Uşaq Səfirlər Məclisi”-nin region nümayəndəliklərində fəaliyyət göstərmək üçün keçirilən seçimlərdə rayonumuzdan Şamaxı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Şirəliyeva Əminə Rövşən qızı və şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Ədilova Aytən İlkin qızı müvəffəqiyyət qazanıblar. Onları təbrik edirik və bu məsuliyyətli işdə uğurlar arzulayırıq.
Oxunub: 128