Azərbaycan hərb tarixinin ən nadir şəxsiyyətlərindən biri 44 yaşlı general-mayor Hikmət Həsənovdur. 2016-cı ilin aprel döyüşlərində onun rəhbərliyi ilə ordumuz 2 saat ərzində düşmənin 24 illik Ohanyan müdafiə xəttini yararaq Talış yüksəkliklərinə qalxmış, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizlənib. 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində bir neçə erməni hərbçisini və texnikalarını məhv edib.
2004-cü ildə (30 yaşında) Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hal-hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır. Ermənilərə ən çox itki yaşadan zabitlərimizdəndir.
Hazırda Birinci Ordu Korpusunun komandiridir. NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk Azərbaycanlı hərbçidir. NATO taborunun briqada komandiri olub. Ən strateji hərbi hissələrin komandiri olub. NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kurslarını keçib.
İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.
Oxunub: 687