"Qadın və uşaqlara qarşı zorakılığa yox deyək!"
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il 537 saylı Fərmanı ilə bağlı "Qadın və uşaqlara qarşı zorakılığa yox deyək!" mövzusunda A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində tədbir keçirilmiş,maarifləndirmə işi aparılmışdır. Məişət zorakılığına həsr olunmuş videoçarxın nümayişindən sonra məktəbin psixoloqu Samirə Ismayılova yuxarı sinif şagirdləri qarşısında çıxış edərək onlara Qadın və Uşaq Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günün qeyd olunmasının vacibliyini vurğuladı:"Qadın və uşaqlara qarşı zorakılıq halları cəmiyyət tərəfindən daim mənfi qarşılanıb.Lakin bu bəla hələ də mövcuddur.Bu səbəbdən belə maarifləndirmə tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti vardır."
Oxunub: 177