Kilosu 3 manatdır ciyərin, onu ala bilməyən insanlar var.








Toyuq məhsulları satılan kiçik dükana girmişdim. Mənimlə eyni vaxtda yaşlı bir qadın da girdi dükana. Satıcı mənim sifarişimi yerinə yetirirkən qadının acizanə bir xahişini eşitdim:-Ay oğul, mənə nisyə ciyər verərsən? Satıcı "bizə icazə verilmir"-dedi.
Qadın :"ay oğul, telefonumu verim saxla, gətirərəm"-dedi. Satıcı "yox"dedi. Təbii ki, yaşlı qadının arzusunu dərhal yerinə yetirdim. Amma bayaqdan özümə də gələ bilmirəm. Mənim millətim niyə belə yaşamalıdır ki? Kilosu 3 manatdır ciyərin, onu ala bilməyən insanlar var. Amma bu məmləkətin məmur oğlu 2 milyon yarıma saat alır və onu  itirir.
 (Jurnalist Ləman Ələsrəfqizi)

Oxunub: 167
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az