Noyabr 23-də şəhər 3 saylı tam orta məktəbin idman zalında “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında badminton idman növü üzrə rayon birinciliyi keçirilib.






Noyabr 23-də şəhər 3 saylı tam orta məktəbin idman zalında “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında badminton idman növü üzrə rayon birinciliyi keçirilib. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 40-a yaxın yeniyetmə badmintonçu yerlər uğrunda mübarizə aparıb. Birincilik badminton idman növünün rayonda təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə marağının artırılması, perspektivli idmançıların üzə çıxarılması, yeniyetmə badmintonçuların yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi, yeniyetmələr arasında yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin sağlam həyat tərzinin təşviq edilməsi məqsədi daşıyıb. Gərgin keçən yarışın oyunlarının nəticəsinə əsasən oğlanlar arasında Malik Əjdərov I, Anar Abaszadə II, Vahid İsgəndərli III yeri tutub. Qızların yarışında isə Nurcan Səlimova I, Şahanə Mehdiyeva II, Aynur Bağırlı III olub. Yer tutan yeniyetmə badmintonçular Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar. 

Oxunub: 153
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az