Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən idarənin tabeliyində olan məktəb direktorlarının hesabatlarının dinlənilməsi davam edir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən idarənin tabeliyində olan məktəb direktorlarının hesabatlarının dinlənilməsi davam edir. Növbəti dəfə İsmayıllı rayon Kürdmaşı, Təzəkənd, Sumağallı kənd tam orta, Ağsu şəhər 1, 2 saylı və Nuran kənd tam orta məktəb direktorlarının hesabatları dinlənilib.Qeyd edək ki, hesabatlarda məktəbin son üç tədris ilinin dinamikası, məktəbin nailiyyətləri və direktorun fəaliyyəti dinlənilir. Mütamadi olaraq bütün məktəb rəhbərlərinin hesabatları bu formada dinləniləcək.
Oxunub: 282