"Uşaqlar vəzifə başında”
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümumdünya Uşaq Hüquqları Gününə ilə əlaqədar "Uşaqlar vəzifə başında” adlandırılan növbəti tədbir zamanı əhalinin həssas kateqoriyasına aid uşaqlarla görüşərək, onlarla birlikdə idarəetmə prosesində iştirak edib. Tədbir BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Oxunub: 165