Aynur Qafarli.




QADINAM
Taleyin dar ağacını,
Boynunda çəkən qadınam.
Düyün düşən fikirləri,
Beynində çəkən qadınam.
Keçdin məndən qisas kimi, 
Yas görmədim bu yas kimi,
Dərdi geyib libas kimi,
Əynində çəkən qadınam.
Yandırdım Simurq tükünü,
Ölmədim, gördüm bu günü. 
Ən ağır kişi yükünü,
Çiynində çəkən qadınam.

Oxunub: 455
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az