Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov sosial şəbəkədə Azərbaycan himnini dinləyərək göz yaşını saxlaya bilməməsi ilə gündəmə gələn məktəblini ziyarət edib.





Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov sosial şəbəkədə Azərbaycan himnini dinləyərək göz yaşını saxlaya bilməməsi ilə gündəmə gələn məktəblini ziyarət edib. 
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov da iştirak edib. 
Yunus Ağalizadə Binəqədi rayonu 179 nömrəli tam orta məktəbin 6e sinfində təhsil alır. 
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Yunus Ağalizadə məktəb yoldaşları ilə birlikdə İkinci Şəhidlər xiyabanını ziyarət edib. Bu zaman Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Himni ifa olunub. Himni göz yaşları içərisində dinləayən Yunus Ağalizadənin görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. 
V.Behbudov Yunus və sinif yoldaşları ilə həmsöhbət olub. 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edilib. Bildirilib ki, gənc nəsil vətənpərvər ruhda böyüməsi üçün tariximizi dərindən öyrənməli, şanlı Zəfəri bizə yaşadan döyüşçülərimizi yaxından tanımalıdırlar.

Oxunub: 225
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az