"Turkish Open" beynəlxalq turnir davam edir.
ATF verdiyi məlumat əsasında.İstanbul şəhərində təşkil edilən "Turkish Open" beynəlxalq turnir davam edir. Bu gün daha bir idmançımız fəxri kürsüdə yer alıb. 87 kq yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan Radik İsayev finala kimi irəliləsə də həlledici döyüşdə İspan idmançıya məğlub olaraq yarışı gümüş medalla başa vurub. Bu isə komandanın turnirdə artıq ikinci medalıdır. Belə ki, ilk yarış günü millinin lider idmançılarından olan Milad Hərçəqani qızıl medal qazanmışdır. Xatırladaq ki, böyüklər arasında yarışlar sabah da davam edəcək.
Oxunub: 295