Azərbaycan Respublikasının Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Təhsilin Ulduzu” müsabiqəsi keçiriləcək. Məqsəd müəllimlərin tədris prosesindəki fərqli və yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.
Müsabiqədə dövlət ümumtəhsil müəssisələrində çalışan və yalnız müxtəlif fənləri tədris edən 2 həmkar birlikdə dərs təqdim etməlidirlər. 2 müəllimdən hər birinin müxtəlif şəhər və rayonlarda çalışıması tələb edilir.
Daha ətraflı məlumatla müvafiq linkə keçid etməklə tanış ola bilərsiniz: https://tnetwork.az/news/view/87
Oxunub: 236