Əli Vahid Çaylı.
ALMALIYAM Bu namərd dünyada mərd tək, yaşayıb, Şərəfsiz düşməndən öc almalıyam. Salıb ayaq altda şəri, böhtanı, Halaldan, doğrudan güc almalıyam. Çəkib zəhmətini çörəyin, duzun, Alovlu qəlbindən ilham al özün.Tutub ətəyindən on dörd mənsumun, Haqqın dərgahına ucalmalıyam...Yoxsulluq əlindən gəldikcə zara, Hər yerdə var-dövlət yetməyir kara. Həyatda nəyim var, qoyub kənara, Sənət dünyasında ucalmalıyam. Şair, dərd əlində qaldıqca başım, Mənə laylay çalır torpağım, daşım. Artıq gəlib keçib altmışı yaşım, MƏN ədəb-ərkanla qocalmalıyam...
Oxunub: 400