14 noyabr tarixində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən Milli Məclisdə növbəti dəfə vətəndaşların qəbulu həyata keçirilmişdir.
Şəhid ailələrinin, qazilərin, habelə vətəndaşların iştirak etdiyi qəbul zamanı onlar tərəfindən qaldırdılan müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qisminin yerindəcə həllinə nail olunmuşdur. Habelə digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilmişdir. Eyni zamanda müraciət müəlliflərinə mövcud qanunvericiliyin tələbləri barədə geniş izah verilmişdir.
Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və həll edilməsi barədə ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, bütün növ müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır, həllinə nail olmaq məqsədilə müvafiq addımlar atılır.
Oxunub: 136