Niyaməddin Paşayev .





Niyaməddin Paşayev (Niyaməddin Vaqif oğlu Paşayev1 may1980Qubadlı) — Azərbaycan Respublikasının Fəxri İdman Ustası, Tərəqqi Medalı mükafatçısı, Fəxri Əməkdar İdman Ustası, Fəxri Əməkdar Məşqçisi, taekvondoçu. Niyaməddin Paşayev 1980-ci il may ayının 1-də Qubadlıda anadan olub. 2000-ci ildə Avropa çempionatının bürünc medalına layiq görülüb. 2001-ci ildə Koreyanın Cecu şəhərində keçirilən dünya çempionatının qızıl mükafatçısıdır. 2003-cü il Dünya kuboku yarışlarının və hərbçilərin dünya birinciliyinin gümüş medallarını qazanıb. 2004-cü ilin may ayında Norveçin Lilihammer şəhərində keçirilən Avropa çempionatının qalibidir. 2004-cü ildə Bakıda keçirilən Olimpiya lisenziyalı beynəlxalq turnirdə Afina olimpiadasına lisenziya qazanıb. 2003–2018-ci illərdə Sumqayıt Baş Gömrük İdarəsində böyük inspektoru;
2008-2012-ci illərdə Azərbaycan Taekvondo Federasiyası Qadınlardan ibarət komandanın baş məşqçisi;
2018–2019-cu illərdə Azərbaycan Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində kadrlar şöbəsinin inspektoru;
2019-h.h Azərbaycan Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin Sağlamlıq Mərkəzinin İnzibati İdarəetmənin Təşkili Şöbəsinin rəisi;
2012-h.h Azərbaycan Taekvondo Federasiyasıda vitse-prezident;
2021-h.h Azərbaycan Milli Olimpiya Komitəsi Təftiş Komitəsinin üzvüdür.

  1. 2000 — Yunanıstan, Avropa çempionatı, III yer.
  2. 2001 — Koreya, Dünya çempionu.
  3. 2002 — Yaponiya, Dünya kuboku, III yer.
  4. 2003 — Almaniya, Dünya çempionatı, III yer.
  5. 2004 — Azərbaycan, Olimpiya lisenziyalı beynəlxalq turnir, I yer.
  6. 2004 — Norveç, Avropa çempionu.
  7. 2005 — Riqa Avropa çempionu.

 

Onun dedikləri:

- 1998-ci il sizə nəyi xatırladır?
- Böyük idmanda ilk addımlarımı məhz həmin vaxt atmışam. Gənc kimi böyüklər arasında Avropa çempionatında iştirak etmişəm. Düzdür, Azərbaycan çempionatında böyüklərin yarışına qatılmamışdım. Qitə çempionatı üçün seçimin qalibi olaraq bu yarışa yollanmışdım. İlk dəfə belə böyük turnirə qatılırdım. Həmin Avropa çempionatından sonra düşüncələrim belə tamam dəyişdi. Yarışda liderlərin döyüşlərinə baxaraq qarşıma məqsəd qoydum ki, qalib olmaq üçün bunlar kimi məşq etmək, hazırlaşmaq lazımdır. Halbuki onda ilk döyüşdə yerli idmançıya məğlub oldum. 

ONA onlayn xəbər agentliyi.

"Qvadalaxaraya yollanacaq hər bir taekvondoçu hazırda yaxşı formadadır"."Report"un məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

- Avropa Oyunlarında məğlub olan taekvondoçulara necə münasibət göstərildi?

- Bilirsiniz ki, idmanda qalib gəlmək də, məğlub olmaq da adi haldır. Şübhəsiz ki, bütün idmançılar qələbə uğrunda yarışırlar. Amma qalib gəlmək həmişə mümkün olmur. Mən Avropa Oyunlarında medal əldə etməyən idmaçılarımıza da təşəkkür edirəm. Təəssüflənmək lazım deyil. Bütün federasiyalar sanki bir ailədir. Buna görə də, həm yaxşı, həm də pis günlərimizdə çalışırıq ki, biri-birimizə dəstək olaq. Avropa Oyunlarında məğlub olan taekvondoçularımıza da dəstək göstəririk. Onlar çalışmalıdırlar ki, daha da yaxşı məşq edib qarşıdan gələn yarışlarda yüksək nəticə qazansınlar.

Türkay Niftəliyeva- Olimpnews.

 

Oxunub: 158
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az