Çünki onlara dağlarda elə toy tutduq ki, o əməliyyatın adını bir də çətin dillərinə gətirsinlər.







Ermənilər Şuşanı işğal edəndə əməliyyatın adını “Dağlarda toy” qoymuşdular. Mayın 6-da Şuşakəndə kimlər toplaşmamışdı – Köçəryan, Sərkisyan, Zori Balayan, Baronessa Koks, Elena Bonner, Saxarovun ögey oğlu Semenov… Bəs, indi haradadır onlar? Nə oldu, Paşinyan yox, nə oldu Köçəryan, nə oldu Balayan? Çünki onlara dağlarda elə toy tutduq ki, o əməliyyatın adını bir də çətin dillərinə gətirsinlər. 
Daha Balayan “miatsum” sərsəmləməsini sayıqlaya da bilmir, Köçəryan ayağını heç Xankəndinə basa bilməz, Sərkisyan daha fəxrlə 8 maydan danışa bilmir, çünki 8 noyabr var.Bu günü bizə yaşadan ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət,qazilərimizə şəfa versin!
Zəfər bayramınız mübarək olsun.

Arifə Əliyeva.

Oxunub: 189
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az