Əgər uşaq ağır xəstə və ya şikəstdirsə.



Hüquq evi.
Əgər uşaq ağır xəstə və ya şikəstdirsə, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladdırsa təbii ki, onların müxtəlif əlavə xərcləri də olur. Ata-ana boşanıbsa və alimentin tutulması barədə məhkəmə sazişi olmadıqda və ya saziş varsa da belə uşaqlara göstərilən kənar xidmət haqqının ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.


Oxunub: 267
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az