01 noyabr 2022-ci il tarixdə Şamaxı rayon Ak. H.Hüseynov adına Çarhan kənd tam orta məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirə başlamazdan öncə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş nitqi ilə açan Çarhan kənd tam orta məktəbin direktoru Afaq Orucova Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaranmasından, keçən dövr ərzində uğurlu inkişafından bəhs etmişdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək bildirmişdirki Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.
Sonda Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı Çarhan kənd tam orta məktəbin direktoru eyni zamanda 63 saylı ərazi partiya təşkilatının sədri Afaq Orucovanı partiyanın fəaliyyətində fəal iştirakına görə Fəxri Fərmanla təltif etmişdir.
Oxunub: 129