XTQ Hikmət Mirzəyevin rəhbərliyi ilə cənub sərhədlərində təlimə başlayıb.



XTQ Hikmət Mirzəyevin rəhbərliyi ilə cənub sərhədlərində təlimə başlayıb
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.
Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.

Oxunub: 187
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az