Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər edib.
Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər edib. Səfər zamanı xanım Marianxeles Belluşi Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşmüş, ona rayonun tarixi, sosial-iqtisadi inkişafı, ictimai-mədəni həyatı barədə məlumat verilmiş, Azərbaycan–Argentina əlaqələrindən danışılmışdır.Səfər çərçivəsində səfir Şamaxı Cümə Məscidində, Şahxəndan türbəsində, “Şirvan şərabları” MMC-də və Alpaka parkda olub. Qonağa abidələrin tarixi, həmçinin rayonun istehsal sahələri və turizm imkanları barədə ətraflı məlumat verilmişdir.
Oxunub: 157