
Qazax Rayon Gənclər və İdman idarəsi tərəfindən könüllülərin iştirakı ilə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış, şəhid idmançı İsgəndərov Pərvin Pərviz oğlunun Qazax rayonunun Xanlıqlar kəndində yaşayan ailəsi ziyarət edilmişdir.
Qazax Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi ədalətin bərpası olduğunu qeyd edərək, haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik göstərdiklərini, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. O, 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını , Vətən müharibəsində qazanılmış böyük Qələbənin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün örnək olacağını bildirib.
Vüqar Nəbiyev millətimizin, dövlətimizin qüruru və iftixarı olan şəhidlərin ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını və onların əziz xatirəsinin xalqımız tərəfindən daima anılacağını vurğulayıb.
Oxunub: 285
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az