Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı mədəniyyət işçilərilə birgə partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirib.



Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Şamaxı  rayon təşkilatı mədəniyyət  işçilərilə birgə partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
YAP Şamaxı  rayon təşkilatının sədri Tural Qasımlı  xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Tural Qasımlı bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimizin bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin bariz təzahürüdür. Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu söyləyən  Tural Qasımlı Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbə ilə özünün ən böyük məramını gerçəkləşdirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etməsindən də danışdı.
Şamaxı RİH-in şöbə müdiri Rəşad Əliyev çıxışında qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnib, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə nüfuzlu, qüdrətli dövlətə çevrilib.
Tədbirdə  Könül Eyvazova, Pərvin Şirəliyeva, Vüsalə Əsgərova, Aytəkin Əliyeva və Aşıq Ağamurad Şirvanlı çıxış edərək bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinadgah yeridir.
Daha  sonra YAP Şamaxı rayon 5 saylı ərazi təşkilatının sədri Rəfael Tağızadə  Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, möhtəşəm qələbəyə imza atmaqla tarix yazdığını vurğulayıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Oxunub: 178
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az