Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin növbəti məclisi keçirilib.




Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin növbəti məclisi keçirilib.
Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qeyd edək ki, məclisdə NAYORA-nın son 6 aydakı fəaliyyətləri təqdim edilmiş, keçirilən tədbirlər, layihələr və kampaniyalar haqqında ətraflı məlumat verilmişdir.
Həmçinin üzvlük üçün müraciət edən Azərbaycan Təfəkkür Gənclərin Assosiasiyası İctimai Birliyinin sədrinin çıxışı dinlənilmiş, daha sonra onlayn və oflayn formada səsvermə keçirilmişdir.
Məclisin sonunda səsvermə nəticəsində uğur qazanan təşkilat Gənclər Təşkilatları Milli Şurasında assosiativ statusunda üzvlüyə qəbul olunub. 
Yeni üzvümüzü təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.

Oxunub: 164
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az