Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində direktor vəzifəsinə təyinatlar olub.
Təhsil Nazirinin müvafiq əmrinə əsasən direktorların işə qəbulu imtahanından uğurla keçən adları aşağıda qeyd edilən şəxslər direktor vəzifəsinə təyin ediliblər.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev yeni təyin edilən məktəb direktorları ilə göşürək, onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Həmçinin onlara bir çox tapşırıq və tövsiyyə verərək işlərində məsuliyyətli olmalarını diqqətlərinə çatdırıb.
1. Rüstəmova Fatimə Muxtar qızı-Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbi
2. Mehtizadə Səidə Kamil qızı-Şamaxı rayon Pirbəhli kənd ümumi orta məktəbi
3. İsmayılova Rübabə Azər qızı –Şamaxı rayon Məlhəm kənd tam orta məktəbi
4. Qocayev Həsən Əskər oğlu – Şamaxı rayon Kələxana kənd tam orta məktəbi
5. Bəyalıyev Çingiz Nəsibalı oğlu- Şamaxı rayon Talışnuru kənd tam orta məktəbi
6. Bağırov Allahverdi Cavad oğlu-Şamaxı rayon Sabirli kənd ümumi orta məktəbi
7. Bayramov Etibar Ağamməd oğlu-İsmayıllı rayon Xəlilli kənd tam orta məktəbi
8. Zülfüqarova Cəlalə Vaqif qızı-Ağsu rayon Dilman kənd tam orta məktəbi
9. Sadıqov Sahib Sadıq oğlu- Ağsu rayon Yenilik kənd ümumi orta məktəbi
10. Muradlı Şahid Naməddin oğlu- Qobustan rayon Bədəlli kənd tam orta məktəbi
11. Seyidov Emin Babaseyid oğlu- Qobustan rayon Təklə Mirzəbaba kənd tam orta məktəbi
12. Məmmədov Qəndalı Əmirşah oğlu- Qobustan rayon Ərəbşahverdi kənd ümumi orta məktəbi
Direktor vəzifəsinə təyin edilən əməkdaşlarımızı təbrik edir, onlara bu çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Oxunub: 272