Etiraf:-Yarpaqlar qızıl olduqlarını güman etdikləri zaman tökülürlər..
Etiraf:Mərhum əfsanəvi futbolçu Armando Diego Maradona narkotik maddələrə olan bağlılıqdan qurtulduqdan sonra depresiyaya girmiş və bir müddət ruhi əsəb dispanserində (dəlixana) yatmalı olmuşdur. Sonralar həmin dövrün xatirələrini danışaraq deyirdi:"Orada hər cür adam var idi. Biri deyirdi mən Ernesto Che Guevarayam ona hörmət edirdilər. O biri mən Qandiyəm deyirdi, ona inanırdılar. Mən Maradonayam deyəndə hamısı mənə güldü və dedilər ki, heç kəs Maradona ola bilməz.O zaman özümdən xəcalət çəkdim, özümə nələr etdiyimi anladım. İnsanın ən böyük düşməni qürurudur. O bizi heç vaxt düşmərik dediyimiz bəlalara salır. Özünüzü qoruyun, yarpaqlar qızıl olduqlarını güman etdikləri zaman tökülürlər..
Oxunub: 396