Vətən müharibəsi şəhidləri Səfərov Ceyhun Akif oğlu və Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsi yad edilib




Vətən müharibəsi şəhidləri Səfərov Ceyhun Akif oğlu və Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsi yad edilib
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə rəhbərləri və kənd sakinləri rayonun Cənginəvud və Piran kəndlərində Vətən müharibəsi şəhidləri Səfərov Ceyhun Akif oğlu və Cabbarov Vidadi Cəbrayıl oğlunun şəhadətə qovuşmasının ikinci ildönümündə məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediliblər.
Eyni zamanda, şəhidlərin əziz xatirəsinə inşa edilən Peştətük kəndində Zəfər Parkı abidə, Piran kəndində bulaq-abidə kompleksləri və Cənginəvud kəndində bulaq kompleksi ziyarət edilib, üzərlərinə gül dəstələri düzərək şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Rayon icra hakimiyyəti başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri görüşüb, başsağlığı verib.

Oxunub: 134
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az