Oktyabrın 29-u Şamaxı Olimpiya Kompleksində reqbi tədbiri baş tutacaq.
Oktyabrın 29-u Şamaxı Olimpiya Kompleksində reqbi tədbiri baş tutacaq. Yerli reqbiçilərlə yanaşı Şuşanın "Qarabağ", Sumqayıtın "Sumqayıt qasırğası" və Qəbələnin eyniadlı idman klubunun reqbi komandası iştirak edəcək. Əvvəlcə bütün komandaların iştirakı ilə birgə məşq prosesi baş tutacaq. Sonra reqbi-9 üzrə turnirin keçirilməsi nəzərdə tutulur. Tədbirin sonunda isə Bakı və bölgə təmsilçilərindən ibarət yığma komandaları arasında test-görüşun keçirilməsi planlaşdırılır. Oyunlarda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr iştirak edəcək. Qeyd edək ki turnir Azərbaycan Reqbi Federasiyası və Şamaxı Olimpiya Kompleksinin təşkilatçılığı ilə keçiriləcək.
Oxunub: 181