Dağlıq Şirvan Regional Təhsil İdarəsinin ilk Həmkarlar Təşkilatı yaradılıb.
Regional İdarədə ilk Həmkarlar Təşkilatının yaradılması, təşkilata üzvlərin və sədrin təyin edilməsi, həmçinin təftiş komissiyasının yaradılması məqsədi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, təşkilati şöbənin müdiri Emil Rüstəmov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, sektor müdirləri, ATİAHİ-nin rayon komitə sədrləri və idarənin əməkdaşları iştirak ediblər.
Açıq səsvermə ilə keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati Təşkilat sektorunun məsləhətçisi Anar Osmanov idarənin ilk həmkarlar təşkilatının sədri seçilib. Həmçinin idarənin digər əməkdaşları üzv olaraq seçiliblər.
Oxunub: 421