Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilmiş və müvafiq qaydalara uyğun olaraq həll edilmişdir. Qəbulda 20 nəfərdən artıq vətəndaşın müraciəti dinlənilib.Qeyd edək ki, idarə müdirinin qəbul günləri hər həftənin II və IV günləri saat 10:00-dan 13:00-a kimidir. Vətəndaşlar əvvəlcədən idarənin elan edilən "Qaynar xətt"-"Whatsapp" nömrəsinə (050-634-31-86) yazaraq qeydiyyata düşə bilərlər.
Oxunub: 269