"Vətən Müharibəsi Qəhrəmanlarına" həsr olunmuş onlayn şahmat turniri.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Ucar rayon Gənclər və İdman idarəsi, Ucar UGİŞM və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə "Vətən Müharibəsi Qəhrəmanlarına" həsr olunmuş onlayn şahmat turnirin zoom proqramı ilə açılış mərasimi keçirildi. Turnirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ucar rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar UGİŞM direktoru Rahib Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, Ucar Gənclər və İdman İdarəsində aparıcı məsləhətçi Piriyev Nuru, Ucar Şahmat məktəbinin məşqiçi-müəllimi, Vətən Müharibəsi iştirakçısı "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan Nəsir Nuriyev, turnirin baş hakimi 1-ci dərəcəli hakim Fidan Talıbova və turnir iştirakçıları iştirak etmişdir.