"Narkomaniya - Ağ ölüm!" mövzusunda növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.
Martın 11-də şəhər 5 saylı tam orta məktəbdə "Narkomaniya - Ağ ölüm!" mövzusunda növbəti maarifləndirici-profilaktik tədbir keçirilib. Şagird və müəllim kollektivinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Əsli Dadaşova, Siyəzən Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru Fərahim Qasımov, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov və RPŞ-nin rəis müavini Məmmədşah Həsənəliyev çıxış ediblər. Məktəblilər zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, cəmiyyət və fərdlər üçün narkomaniyanın törətdiyi təhlükələr barədə məlumatlandırılıblar, həmçinin onları maraqlandıran suallar cavablandırılıblar. Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.