Bunlar, bu üç fəaliyyət qırılmaz tellərlə bir-birinə bağlıdır.



“Ümumtəhsil məktəblərində, eləcə də məktəbdənkənar idman müəssisələrində təlim, tərbiyə və hərtərəfli inkişaf! Bunlar, bu üç fəaliyyət qırılmaz tellərlə bir-birinə bağlıdır”.

“Öyrədərkən tərbiyə edirəm, tərbiyə edərkən öyrədirəm aforizmi həmişə pedaqoji aləmdə geniş yayılmışdır. Çünki təlimi tərbiyəsiz, tərbiyəni təlimsiz təsəvvür etmək çətindir”.

Bütün tədris müəssisələrində olduğu kimi idman məktəblərində də öyrədilən materialın məzmunu, məşqin təşkili, hər məşqdə tətbiq edilən metodlar məşğul olanlara tərbiyəvi təsir göstərir. Bütün bunlarla yanaşı, hər bir məşq (istər nəzəri, istərsə də praktiki) məşğul olanların ümumi inkişafına hərtərəfli təkan verir. Məhz bunun da nəticəsində öyrədilənlər uşaqların ümumi inkişafında, biliklərin verilməsində və dünya görüşlərinin formalaşmasında, ictimai həyatda onların yer tutmasında həlledici rol oynayır. Bu baxımdan idman məktəblərində nəzəri və praktiki məşqlərdə təlim-tərbiyə işlərinin keyfiyyətini daim yüksəltmək, qabaqcıl təcrübəni yaymaq əsas məsələlərdən biri sayılır. Sevindirici haldır ki, hazırda idman sahəsində çalışan mütəxəssislərimizin, məşqçi-müəllimlərimizin işə münasibəti demək olar ki, yüksək dərəcədə artmışdır. Məhz bunun da nəticəsidir ki, bu sahədə çalışan hər kəs gündəlik öz işlərində hər bir uşağın təbii qabiliyyətini, bacarığını, istedadını axtarıb tapmağa, onu aşkara çıxarmağa, onlara dəyərli məsləhətlər verməklə vaxtında və düzgün istiqamətləndirməyə səy göstərirlər. Bu da əlbətdə öz növbəsində hər bir uşağa gələcək həyatda arzu və istedadına uyğun mövqe tutmaq imkanı yaradır. Bu bizim hər birimiz üçün sevindirici bir haldır.

Danılmaz faktdır ki, pedaqoji kollektivin  işdə birgə fəallıq göstərməsi görüləcək işi maraqlı edir, onun səmərəliliyini və keyfiyyətini artırır. Görkəmli pedaqoq V.A.Suxomlinsikinin dediyi kimi: - “Kollektivdə hər kəsin istedadının vaxtında aşkar edilərək hərtərəfli inkişaf etdirilməsi kollektivin mənəvi və siyasi səviyyəsini ucaldır”.

Bütün sahələrdə olduğu kimi idman sahəsində də məşqə gələn hər bir uşağın istedadı nə qədər tez üzə çıxarsa onun inkişaf imkanları da bir o qədər çox olar. Buna misal olaraq dünya şöhrətli musiqiçi Motsortun həyatını misal göstərmək olar. Belə ki, o hələ çox erkən yaşından, körpə ikən 3 yaşından musiqiyə inanılmaz dərəcədə meyl göstərmişdir.

Onu da diqqətinizə çatdırmaq istərdik ki, bəzi valideynlər uşaqlarının məktəbdə, ayrı-ayrı bölmələrdə, eləcə də idman məşqlərində aldıqları psixoloji və fiziki cəhətdən yükləndiklərini bildirirlər. Məncə bu düzgün sayıla bilməz. Əgər söhbət məşqçi ilə həkimlərin birgə səyi nəticəsində aparılan məşqlərdən gedirsə, burada artıq yüklənmə hər an nəzarətdə olur, gözlənilir. 

Yəni keçirilən məşqlər plana uyğun məşq yükü ilə keçirilir. Bu zaman verilən yük istirahətlə düzgün bölüşdürülür.

Bunu həyatda bütün sahələrə şamil etmək olar. Qeyd etdiyimiz ki bir çox dahilərin hələ kiçik yaşlarından istedadlarının üzə çıxarılaraq vaxtında və düzgün istiqamətləndirilməsi gördüyümüz kimi yüksək nəticəsini verir. Buna misal olaraq məşhur rəssam Karl Bryulovu göstərmək olar. Karl Bryulov 9 yaşında ikən rəssamlıq akademiyasına daxil olmuşdur. 

Məşhur riyaziyyatçı alim Leybnits Raskal hələ lap kiçik yaşlarından öz riyazi istedadı ilə həmyaşıdlarından fərqlənmişdir. 

Dünya şöhrətli futbolçu Lionel Messi!!!

      Argentinalı futbolçu Lionel Messinin futbol karyerasının nə vaxt və necə başa çatacağı əlbətdə futbol azarkeşləri üçün çox maraqlıdır.

Lakin onun futbola gəlişi ondan da maraqlı olmuşdur.

L.Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində yoxsul bir ailədə dünyaya gəlmişdir. Onlar ailədə üç qardaş bir bacı olmuşdur. Lionel ailənin ən kiçin uşağı olmuşdur. Nədənsə ailədə hamı istəyirdi ki, gələcəkdə o futbolçu olsun xüsusiylə də nənəsi Seviya Oliveya Kuççitti.

Nəhayət Lionelin 4 yaşı tamam olanda nənəsi ona futbol ayaqqabısı alır və “Barselona” idman klubuna məşqçi Ararisi onun yanına apararaq ondan uşağı kluba götürməsini xahiş edir. Məşqçi nənənin xaihşini nəzərə alaraq bir növ məcburiyyət qarşısında bu arıq, çəlimsiz boyca futbola yaramayan uşağı könülsüz də olsa kluba yazır. O gündə balaca Lionel məşqlərə başlayır. Bir neçə ildən sonra nənə qəflətən dünyasını dəyişir. Nənəsinin ölümündən ağır sarsıntı keçirən balaca Lionel xəstələnir. O vaxtdan başlayaraq qəribədə olsa onda boy artımı xəstəliyi baş qaldırır. Xəstəlik onun gələcək futbol karyerasını böyük təhlükə qarşısında qoyur. Kasıb ailənin Lioneli müalicə etdirmək imkanı çatmırdı. 

Bu vaxt “Barselona” klubunun direktoru müalicəni klubun öz üzərinə götürür. Bu müvalla 13 il klub onun xəstəliyini müalicə edir. 

Lionelin mərhum nənəsinin ürəyində qalan arzusu, “Barselona” idman klubunun direktoru Çarlis Reksaçin insanpərvərliyi, xeyirxahlığı, uzaqgörənliyi və Lionelin özünün futbola olar tükənməz sevgisi, əməksevərliyi və istedadı sahəsində Lionel Messi dünya şöhrətli bir futbolçu olur. 

 

Epiloq.

 Həyatda işinin sənətinin vurğunu olan, onu ürəkdən sevən insanlar yəqin ki, mənimlə razılaşarlar. Hər bir insan 10 il, 15 il hətda 20 il hər hansı bir sahədə oxuyub təhsil ala bilər. Bu sadəcə oxumağa həvəsdən asılıdır. Lakin belə insanların hamısı sənətin zirvəsinə ucala bilməz.

Həyatda ruhun qidası eşqdir. Sənətini eşq ilə sevməyən insan kamil sənətkar  ola bilməz. İnsan gərək sənətinin vurğunu olsun, ona ürəkdən bağlansın. Əsl sənətkar sənətkarlıq zirvəsinə eşq ilə ucala bil

Hümbət Cavadov.

Sərbəst Güləş üzrə SSRİ İdman Ustası.

Oxunub: 173
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az