"Elm" nəşriyyatında çap olunmuş kitab beynəlxalq müsabiqənin qalibi olub.






"Elm" nəşriyyatında çap olunmuş kitab beynəlxalq müsabiqənin qalibi olub
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən "Kitab sənəti" adlı beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutub.
Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və digər ölkələrdən kitablar müxtəlif nominasiyalar üzrə mükafat üçün təqdim olunub.
"Elm və təhsil" nominasiyası üzrə I yerin qalibi AMEA-nın "Elm" nəşriyyatında çap olunan "Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar" adlı kitabı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov olub.

Oxunub: 295
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az