Azərbaycan Taekvondo Federasiyasında (ATF) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Croatia Open” beynəlxalq turnirindən qayıdan taekvondoçularla görüş keçirilib.





Azərbaycan Taekvondo Federasiyasında (ATF) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Croatia Open” beynəlxalq turnirindən qayıdan taekvondoçularla görüş keçirilib.
Tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov və Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev mükafat qazanan idmançıları təbrik ediblər.
N. Səfərov taekvondoçuların çıxışını uğurlu adlandırıb. O bildirib ki, onlar üçün ilin ilk yarışı olan bu turnirdə yeniyetmələrin 7 qızıl, 3 gümüş və 4 bürünc medal, gənclərin isə 1 gümüş, 6 bürünc medal qazanmaq böyük nailiyyətdir: “ İyul ayında keçiriləcək Dünya birinciliyi öncəsi belə nəticənin əldə olunması sizlərə əlavə motivasiya verəcək və bundan sonra da məşqləri davam etdirib bizləri sevindirməyi sizə arzulayıram. Bayrağımızı qaldırıb, himnimizi səsləndirdiyinizə görə hər birinizə, eləcə də məşqçi heyətinə təşəkkür edirik!”.
Niyaməddin Paşayev baş məşqçi Elnur Amanov və Vurğun Cəfərovun komandaya yeni təyin olumağna baxmayaraq onlar üçün də ilk yarışı uğurlu saydığını qeyd edib. “ Döyüşlər zamanı necə əzmlə mübarizə apardığınızı izləyirdim. Həqiqətən ümidverici idmançılar olduğunuz, gəlcək yarışlarda, əsasən də önümüzdə keçililəcək Dünya birinciliyində  ölkəmizə medalla qayıdacağınıza inanıram və sizləri təbrik edirəm!”
Yeniyetmə millinin baş məşqçisi Elnur Amanov komandasının əldə etdiyi nəticəyə görə sevindiyini vurğulayıb və göstərilən dəstəyə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.
Gənc millinin  baş məşqçisi Məmməd Abdullayev də yeni qaydaların da nəticələrə öz təsirini göstərməsini qeyd edib. “ Yeni qaydalarla keçirilən ilk beynəlxalq yarışımız idi. Təbii ki, müəyyən çatışmamazlıqlar var və bunları aradan qaldımaq üşün üzərimizdə işləyəcəyik. Bu yarışda qızıl medal olmasa da yetirmələrimdən razı qaldım. Yaxın günlərdə Dünya birinciliyinə hazırlıqlara başlyırıq. Vətənə medallarla qayıtmaq üçün çalışacağıq!”.
Sonda idmançılarla birgə xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, iyunun 18-19 tarixlərində Xorvatiyanın Zaqreb şəhərində “Croatia Open” beynəlxalq tuniri keçirilib. G2 kateqoriyalı beynəlxalq turnirdə eniyetmələrdən ibarət yığma komandamız açıq birincilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun etimad göstərdiyi heyətdə Zəhra İsayeva (-29 kq), Gülü Zamanlı (-33 kq), Mehdi Budaqlı (-33 kq), İlyas Hətəmli (-37 kq), Vüqar Aslanov (-45 kq), Tamerlan Yaqubov (-49 kq) və Vasif Səlimov (-53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (-33 kq), Abdülsübhan Dadaşlı (-57 kq) və Rahil Umudov (-61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçularımızdan Şəms Əlizadə (-47 kq), Yunis Hüseynov (-61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medala layiq görülüblər. Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət millimiz həm oğlanların, həm də qızların çəkisində birinci olublar.
Gənclərdən ibarət yığma komandamız isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yer ayırdığı heyətdə ən yaxşı nəticəni 42 kq çəki dərəcəsində Zemfira Həsənzadə göstərib. Qadın taekvondoçumuz yarışın gümüş medalına sahib çıxıb. Digər gənc idmançılarımızdan Pünhan Mürsəlov (-48 kq), Adil Eyvazov (-51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi -59 kq), Nizami Hacıyev (-63 kq) və Səlimə Quliyeva (-44 kq) turniri bürünc mükafatla başa vurublar.

ATF.

Oxunub: 187
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az