Evdə sadəcə anam var. O da xəstə və işsizdir.. Sırf buna görə bir az pendir və çörək oğurladım.






Dövlətlərin birində 14 yaşlı uşaq marketdən çörək oğurlayarkən yaxalanır. Uşaq həbs edilir və məhkəmə qarşısına çıxarılır.
Hakim qərarı verməmişdən öncə, uşağın son sözlərini dinləyir.
Hakim: Nə üçün oğurluq etdin?
Uşaq: Çörəyə ehtiyacım var idi.
Hakim: Çörəyi ala bilməzdin?
Uşaq: Ala bilmək üçün pulum yox idi.
Hakim: Amma ailəndən pul istəyə bilərdin.
Uşaq: Evdə sadəcə anam var. O da xəstə və işsizdir.. Sırf buna görə bir az pendir və çörək oğurladım.
Hakim:Yardım istəyəcək yeriniz, kimsəniz yox idi?
Uşaq: Hər gün evdən çıxdığımda iş üçün ən azı əlli ünvana baş çəkirdim amma faydası olmurdu. Sonunda oğurluq etmək qərarına gəldim. Uşağın bu cavablarından sonra hakim onu sərbəst buraxır və bu sözlərlə məhkəməni yekunlaşdırır:
"Yaşadığımız cəmiyyətdə bir uşaq ÇÖRƏK oğurlayarkən yaxalanırsa, bu məmləkətdə hər kəs günahkardır"!!

Oxunub: 185
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az