Mehdi Mehdizadə nazir olarkən (11yaşında ibtidai sinifə gedən,18 yaşında Daşkəsəndə müəllim və müdir kimi fəaliyyətə başlayan, sonralar deputat, ADPİ-nin rektoru, akademik, pedaqogika elmləri doktoru, 20 ildən artıq müddətdə nazir olan təsadüfən məktəblərdən birində sinifə daxil olur və görür ki, müəllim başını stolun üstünə qoyaraq yatıb. Bundan istifadə edən şagirdlər isə özləri üçün oynayırlar.
Müəllim ayılanda görür ki, kimsə sinifdədir, lakin zənn edir ki, bu, valideyndir. Şagirdlər artıq sakitləşmiş halda idilər .
Mehdi Mehdizadə sinifdən çıxır və məktəbi tərk edir.
Bundan xəbər tutan məktəbin direktoru təlaşlı halda Maarif Nazirliyinə gedərək nazirin qəbuluna düşür.
Nazirə məruzə edir ki, həmin müəllimi məzəmmət edərək cəzalandırmışam.
Mehdi Mehdizadə direktoru dinlədikdən sonra ona deyir:
-Sən araşdırmısanmı ki, bəlkə həmin müəllimin uşağı səhərə kimi xəstə olub və müəllim yuxusuz qalıb?
Sən dərhal həmin töhməti ləğv edirsən və müəllimi bağışlayırsan!!!
Oxunub: 247