Nərimanov rayonunda "O səs məktəblilər" adlı mahnı müsabiqəsinin qala konserti keçirilib





Nərimanov rayonunda "O səs məktəblilər" adlı  mahnı müsabiqəsinin qala konserti keçirilib
17 iyun 2022-ci il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında "O səs məktəblilər" adlı  mahnı müsabiqəsinin final mərhələsi və qala konserti keçirilib. 
Qala konsertdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Studentvisions - 2020” mahnı müsabiqəsinin qalibi, “O səs Azərbaycan” mahnı müsabiqəsinin iştirakçısı Minayə Hüseynova, “Studenvisions” mahnı müsabiqəsinin təşkilatçısı Murad Süleymanlı, “Studenvisions - 2020” mahnı müsabiqəsinin finalçısı Nurlan Əliyev, Respublika və Beynəlxalq mahnı müsabiqələrinin laureatı, Prezident təqaüdçüsü Murad Hüseynli, Respublika, Beynəlxalq mahnı müsabiqələrinin və “Kainat” muğam festivalının laureatı Rəvanə Vəliyeva iştirak etmişlər.
Final mərhələsində 4 münsifin komandasında 19 iştirakçı mübarizə aparmışdır. 
Onlardan:
Milli mahnılar nominasiyası üzrə:
Elay Əliyev – “Ankara məktəbi” məktəb-lisey kompleksin şagirdi
Kənan Sultanov – 19 nömrəli tam orta məktəbin şagirdi
Xarici mahnılar nominasiyası üzrə:
Ayan Əbdürəhmanova  - Aylin Muradzadə – Məktəb-Lisey Kompleksin şagirdləri
Ayan Abdullayeva – 212 nömrəli tam orta məktəbin şagirdi
Ümumi bal hesabına görə
Tamerlan Məmmədli – 177 nömrəli tam orta məktəbin şagirdi
Fidan Sultanova – 19 nömrəli tam orta məktəbin şagirdi 
Sonda qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və kuboklar, fərqlənən iştirakçılar fəxri fərmanlar, münsiflər təşəkkürnamələr ilə təltif olunmuşlar.





Oxunub: 325
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az